Rusiya MN: Türkiyə Suriyaya hərbi müdaxilə hazırlayır
Türkiyə-Suriya sərhədində baş verənlər Ankaranın Suriyaya hərbi müdaxiləsi üçün intensiv hazırlığın getdiyini göstərir.
Oxu.Az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu abrədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bəyan edib.
“Bizim buna şübhə etmək üçün ciddi əsaslarımız var. Türkiyə Silahlı Qüvvələrinin Suriyaya ərazisində aktiv fəaliyyətinə gizli hazırlığın əlamətlərini getdikcə daha çox görürük”, - Konaşnekov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bir müddət öncə Rusiya Müdafiə Nazirliyi dünya ictimaiyyətinə Türkiyə artilleriya qurğularının Suriyanın Latakiya bölgəsində yaşayış məntəqələrini atəşə tutmasını əks etdirən kadrları təqdim edib.
Mənbə:> Oxu.Az