Rusiya hərbi sənayesi Suriyaya raket çatdıra bilmir, zavod üçnövbəli işə keçib
Rusiyanın “Taktiki raket silahları” korporasiyasının işçiləri hərbçilərin Suriya əməliyyatlarına görə raketlərə olan tələbatının kəskin artmasına görə üç növbəli iş rejiminə keçib.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Kommersant” hərbi-sənaye kompleksindəki mənbələrə istinadən yazır.
Bildirilir ki, Suriyanın Tartus limanına yüklərin daşınması üçün Rusiya Hərbi Dəniz Donanması təcili qaydada Türkiyə gəmi şirkətlərindən 8 nəqliyyat gəmisi alıb.
Məlum olub ki, Rusiya donanmasının böyük desant gəmiləri təkbaşına bu yüklərin öhdəsindən gələ bilmir. Türkiyə şirkətlərindən alınan gəmilərə tələsik köməkçi hərbi gəmi statusu veriblər.
Rusiya aviasiyası Suriyada anti-Əsəd qüvvələrinin mövqelərinə hava zərbələri zamanı əsasən X-29L yüksək dəqiqlikli taktiki raketlərindən və hədəfə yönləndirilən KAB-500S bombalarından istifadə edir.
Mənbə:> Virtualaz.org