Xəzərdə olan Rusiya gəmiləri İŞİD-in mövqelərinə atəş açıblar
Rusiya gəmiləri “İslam Dövləti” (İŞİD) ekstremist qruplaşmasının mövqelərini Suriya ərazisində atəşə tutub.
Bu barədə Rusiya prezidenti Vladimir Putin ilə görüşdə müdafiə naziri Sergey Şoyqu bildirib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, terrorçuların obyektləri raketlərlə atəşə tutulub.
Atışmaya Xəzər donanmasının gəmiləri cəlb edilib.
“Dörd raket gəmisi 11 hədəf üzrə dəniz bazalı 26 qanadlı raket buraxıblar. Obyektiv nəzarətin məlumatına əsasən bütün hədəflər məhv edilib, mülki obyektlər zədələnməyib”, - Müdafiə naziri qeyd edib.
Şoyqu izah edib ki, idarə məntəqələri, 12 sursat anbarı, hərbi texnika və terrorçuların təlim düşərgəsi məhv edilib.
Mənbə:> Oxu.Az