İŞİD-in “müdafiə naziri” öldürülüb
“İslam dövləti” (İŞİD) qruplaşmasının liderlərindən biri, terrorçuların “müdafiə naziri” Şait əs-Səmerayı məhv edilib.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, o, İraq təhlükəsizlik qüvvələrinin xüsusi əməliyyatı nəticəsində Naynava əyalətində öldürülüb.
Əməliyyat zamanı daha 8 İŞİD silahlısının məhv edildiyi bildirilir.
Mənbə:> APA