Böyük Britaniya Putini kimyəvi silah tətbiqində ittiham edir
Britaniya ərazisində kimyəvi silahdan istifadə etmək tapşırığını, çox güman ki, Rusiya prezidenti Vladimir Putin verib.
Virtualaz.org “Meduza”ya istinadən bildirir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Conson deyib.
"Biz heç də ruslara qarşı deyilik. Baş verənlər rusofobiyaya gətirib çıxarmayacaq. Bizim iddialarımız — Kremlə və Putinə, həmçinin onun qərarına qarşıdır. Biz çox böyük ehtimalla hesab edirik ki, Britaniya, Avropa ərazisində sinir-iflic zəhərini tətbiq etmək onun tapşırığı olub”, - deyə Consondan sitat gətirilib.
Mənbə:> Virtualaz.org