Böyük Britaniyanın ardınca ABŞ da Rusiyanı ittiham etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Böyük Britaniyanın ardınca ABŞ da Rusiyanı ittiham etdi

Böyük Britaniyanın ardınca ABŞ da Rusiyanı ittiham etdi

Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsinə görə rəsmi Moskva məsuliyyət daşıyır.

APA-nın verdiyi xəbərə görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

“ABŞ Böyük Britaniya ilə tam həmrəydir. Böyük Britaniyada iki nəfərin sinir iflicedici maddə ilə zəhərlənməsində Rusiya məsuliyyət daşıyır”, - deyə N.Heyli qeyd edib.

Daha sonra Böyük Britaniyanın Təhlükəsizlik Şurasındakı nümayəndəsi Rusiyanı Kimyəvi Silahların Qadağan edilməsi Konvensiyasını pozmaqda günahlandırıb.

Qeyd edək ki, hazırda Təhlükəsizlik Şurasında Böyük Britaniyanın Solsberi şəhərində baş vermiş insidentlə bağlı iclas keçirilir.

Xatırladaq ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Böyük Britaniya hökumətinin qənaətinə görə, onlara qarşı SSRİ-də və Rusiyada hazırlanmış “Noviçok” adlı kimyəvi silah tətbiq edilib. Rəsmi Moskva insidentlə bağlı bütün ittihamları rədd edib.

Sergey Skripal 1999-cu ilə qədər Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində (QRU) çalışıb. 2006-cı ildə Böyük Britaniyaya casusluq üstündə vətənə xəyanət ittihamı ilə həbs edilib və rütbədən məhrum olunub. 2010-cu ildə S. Skripal Rusiya və ABŞ arasında casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *