Rusiya XİN Britaniya baş nazirinin çıxışını təxribat adlandırdı
Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın baş naziri Tereza Meyin parlamentdə bugünkü çıxışını təxribat adlandırıb.
Virtualaz.org-un məlumatına görə, Rusiya XİN-in yaydığı bəyanatda belə deyilir.
“Böyük Britaniyanın baş naziri Tereza Meyin Sergey Skripal və onun qızının zəhərlənməsində Rusiyanın əli olduğuna dair bəyanatını ölkələrimiz arasında normal dövlətlərarası dialoqun təməlini pozan kobud təxribat kimi dəyərləndiririk. Böyük Britaniya hökumətinin siyasi məqsədlər naminə iki ölkə arasında münasibətlərin gərginləşməsini, o cümlədən 23 Rusiya diplomatının ölkədən çıxarmaq barədə qərarını nalayiq və qəbuledilməz hesab edirik. Təbii ki, cavab tədbirləri özünü gözlətməyəcək”, - bəyanatda vurğulanıb.
Qeyd edək ki, bu gün Böyük Britaniya hökuməti 23 rus diplomatın ölkədən çıxarılmasına dair qərar qəbul edib.
Mənbə:> Virtualaz.org