Türkiyə ilə Britaniya birgə döyüş təyyarələri istehsal edəcək
Böyük Britaniyanın baş naziri Tereza Mey Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra bildirib ki, Britaniya Türkiyə ilə ticarət münasibətlərini gücləndirir.
Prezident Ərdoğan da deyib ki, Türkiyə Britaniya ilə ticarət dövriyyəsini 15,6 milyard dollardan 20 milyard dollara qədər artırmaq niyyətindədir.
Azadliq.org bildirir ki, Ankarada iki liderin görüşündən sonra elan edilib ki, Türkiyə Britaniya ilə birgə 100 milyon funt sterlinq dəyərində döyüş təyyarələrini istehsal edəcək.
Tereza Mey bildirib ki, London və Ankara ticarət əlaqələrinin inkişafı üçün birgə işçi qrup yaradacaq.
Mənbə:> Virtualaz.org