Türkiyə Rusiya ilə mal dövriyyəsini 100 milyard dollara çatdırmaq istəyir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Türkiyə Rusiya ilə mal dövriyyəsini 100 milyard dollara çatdırmaq istəyir

Türkiyə Rusiya ilə mal dövriyyəsini 100 milyard dollara çatdırmaq istəyir


Türkiyə Rusiya ilə illik mal dövriyyəsinin həcmini indiki 36 mlrd. dollardan 100 mlrd. dollara çatdırmaq niyyətindədir.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım Moskvada rusiyalı həmkarı Dmitri Medvedevlə apardığı danışıqlar zamanı bildirib.

“Qarşımızda böyük işlər durur. Bununla belə, hesab edirəm ki, mal dövriyyəsini 100 mlrd. dollara çatdıra bilərik”, - deyə B.Yıldırım qeyd edib.

Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün tərəflər iqtisadi məhdudiyyətlərin ləğv edilməsi və viza rejiminin sadələşdirilməsi kimi bir sıra addımlar atmalıdır.

B.Yıldırım, Rusiya və Türkiyənin birgə inşa etdiyi “Akkuyu” Atom Elektrik Stansiyasına “strateji sərmayə” statusunun veriləcəyini qeyd edib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *