Fransada kimyəvi silahdan istifadə xəbərdarlığı yayıldı – VİDEO
Fransanın baş naziri Manuel Vals terrorçuların kimyəvi və ya bakterioloji silahdan istifadə edə biləcəklərini deyib.
İnterAz xəbər verir ki, baş nazirin sözlərinə görə, terrorçular tərəfindən kimyəvi və ya bakterioloji silahın istifadə riski mövcuddur.
O, bu barədə cümə axşamı Parisdə baş verən terror aktları ilə əlaqədar fövqəladə vəziyyətin üç aya qədər uzadılmasına dair səsvermənin keçirildiyi Fransanın Milli Məclisində çıxış edərkən bəyan edib. Onun sözlərinə görə, yarana biləcək təhlükənin qarşısını almaq üçün tədbirlər görüləcək.
Xatırladaq ki, noyabrın 13-də Parisdə silsilə terror aktları törədilib.
Naməlum şəxslər Fransa paytaxtında restoranların birində atəş açıblar. Fransanın prezidenti Fransua Ollandın iştirak etdiyi Fransa və Almaniya yığmalarının yoldaşlıq görüşü keçirilən “Satd de Frans” stadionu yaxınlığında üç partlayış baş verib.
Mənbə:> InterAz - Aysel Zahidqızı