“Charlie Hebdo” Parisdə baş verən terror aktlarına karikatura çəkdi – FOTO
Fransanın həftəlik satirik jurnalı “Charlie Hebdo” noyabrın 13-də Parisdə törədilən terror aktlarına dair karikatura dərc edib. Rəsm nəşrin saytında yerləşdirilib.
Oxu.Az lenta-ya istinadən xəbər verir ki, “Fransızlar normal həyata qayıdırlar” başlıqlı şəkildə başlarında beret, qoltuqlarında isə baget olan fransızların kabusları təsvir edilib.
Noyabrın 14-də redaksiya Parisdə və onun ətrafı Sen-Denidə baş verən terror aktlarını pisləyən bəyanat ilə çıxış edib. Bəyanatda “Charlie Hebdo” komandasının həmvətənlərinin dərdini bölüşdüyü deyilirdi.
Xatırladaq ki, noyabrın 14-də Fransa paytaxtında silsilə terror aktları törədilib, 129 nəfər bu terror aktlarının qurbanı olub, daha 352 nəfər isə xəsarət alıb.
Terrorçuların bu əməllərinə görə, “İslam dövləti” (İŞİD) terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
Mənbə:> Oxu.Az