Fransa bu terrorçunu axtarır – FOTO
Fransa polisi Parisdəki "Stad de Frans" stadionu ətrafında partlayış törədən terrorçu-intiharçılardan birinin şəxsiyyətini müəyyən etmək üçün fotosunu yayıb.
Musavat.com xəbər verir ki, "Bu şəxs "Stad de Frans" yaxınlığında terror aktı törədib və orada ölüb. Onun barəsində hər hansı məlumatınız varsa, zəhmət olmasa bizimlə əlaqə saxlayın", - məlumatda deyilir.
Xatırladaq ki, noyabrın 13-də Parisdə bir neçə terror aktı törədilib və nəticədə rəsmi məlumata görə 132, qeyri-rəsmi isə 150-dən artıq insan həlak olub.
Teraktlardan 3-ü "Stad de Frans" stadionunun yaxınlığında həyata keçirilib. Teraktlar zamanı Fransa və Almaniya millilərinin yoldaşlıq oyununun keçirildiyi "Stad de Frans" stadionunda Fransa Prezidenti Fransua Olland da var idi.
Mənbə:> Musavat.com