BMT TŞ Suriya ilə bağlı Rusiya qətnaməsini də qəbul etmədi
Suriyadakı kimyəvi hücumların araşdırılması üzrə yeni mexanizm işi haqqında Rusiya Federasiyasının qətnamə layihəsi də BMT Təhlükəsizlik Şurasında dəstək üçün lazım olan 9 səs almayıb və qəbul edilməyib.
Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.
Rusiya Federasiyasını təklif etdiyi sənəd altı ölkənin, həmçinin Şuranın iki daimi üzvü — Rusiya və Çinin dəstəyini alıb. Sənədin əleyhinə Şuranın yeddi üzvü çıxış edib, daha iki üzv bitərəf qalıb.
Səsvermə çərşənbə axşamı, yeni missiyanın yaradılması üzrə Rusiya tərəfinin bloklaması səbəbindən qəbul olunmayan Amerika qətnamə layihəsinin müzakirəsindən az sonra keçirilib.
**
00:34
ABŞ-ın Suriya ilə bağlı BMT Baş Assambleyasına təqdim etdiyi qətnamə layihəsi qəbul edilməyib.
Buna Rusiya tərəfindən layihənin bloklanması səbəb olub.
Səsvermədə 12 Şura üzvü iştirak edib. Rusiya (BMT-nin daimi üzvü) və Boliviya sənədin əleyhinə səs veriblər. Çin bitərəf qalıb.
**
22:00 (10.04)
ABŞ BMT Təhlükəsizlik Şurasına (TŞ) Suriyadakı kimyəvi hücumların araşdırılması ilə bağlı səsvermə keçirilməsinə dair sorğu göndərib.
Bu barədə "Reuters" diplomatik mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, səsvermə yerli vaxtla saat 15:00-da (Bakı vaxtilə 23:00-da) keçiriləcək.
Virtualaz.org-un məlumatına görə, bu arada məlum olub ki, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Suriyanın Duma bölgəsində həyata keçirilən kimyəvi hücumu araşdırmaq üçün oraya nümayəndə heyəti göndərəcək.
Bu barədə elə təşkilatın özü məlumat yayıb.
Məlumatda deyilir: “Bu gün KSQT-nin texniki katibliyi Suriya Ərəb Respublikasına nümayəndələrin göndərilməsi ilə bağlı lazımi tədbirlərin görülməsini tapşırdı. Sözügedən tapşırıq Rusiya və Suriya rejiminin Dumada kimyəvi silah tətbiq etməsi ilə bağlı yayılan iddialar əsasında verilib. Ən qısa zamanda nümayəndə heyəti əraziyə yollanacaq”.
Qeyd edək ki, Şərqi Qutanın müxaliflərin nəzarətindəki Duma ərazisinə kimyəvi silahla edilən hücum zamanı 80 nəfər dünyasını dəyişib. Buna cavab olaraq ABŞ-ın Suriyaya zərbə endirəcəyi gözlənilir.
Mənbə:> RİA Novosti