Azərbaycan KSQT-da Rusiyanı dəstəklədi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Azərbaycan KSQT-da Rusiyanı dəstəklədi

Azərbaycan KSQT-da Rusiyanı dəstəklədi

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) İcraiyyə Şurası yanında Rusiya nünayəndəliyi rəsmi Moskvanın İngiltərənin Solsberi şəhərində baş vermiş insidentlə bağlı təklifini dəstəkləyən ölkələrin siyahısını dərc edib.

Virtualaz.org bildirir ki, bu barədə TASS diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiyanın insidentin Kimyəvi Silahların Qadağan Edilməsi Konvensiyası çərçivəsində baxılmasına dair təklifi qəbul edilməyib. Belə ki, KSQT üzv olan 41 ölkədən yalnız 14-ü Rusiyanın təşəbbüsünü dəstəkləyib.

Daimi nümayəndəlik Rusiyanı dəstəkləyən həmin ölkələrin, yeddi post-sovet respublikasının - Belorus, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın, həmçinin Suriya, İran, Venesuela, Pakistan, Nikaraqua və Kubanın bayraqlarını Twitter-də yerləşdirib.

Xatırladaq ki, martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Solsberi şəhərinin mərkəzində huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti hər iki şəxsin kimyəvi maddə ilə zəhərləndiyini bildirib. Cavab tədbiri olaraq rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Britaniyanın bu qərarına dəstək olaraq Aİ-nin 16 ölkəsi, ABŞ, Kanada, Norveç, Avstraliya, Moldova, Albaniya, Makedoniya və Ukrayna da eyni addımı atıb. Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən qovulub. Rusiya da buna cavab olaraq analoji addımlar atıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *