Putin Təhlükəsizlik Şurasını topladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Putin Təhlükəsizlik Şurasını topladı

Putin Təhlükəsizlik Şurasını topladı


Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib.

RİA Novosti xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Məlumata əsasən, Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə "Skripal işi"nə görə rusiyalı diplomatları deportasiya edən ölkələrə qarşı cavab tədbirləri kontekstində xarici siyasət məsələlərini müzakirə edib.

Qeyd edək ki, bu gün Rusiya XİN “Skripal işi” üzrə rusiyalı diplomatları çıxaran ölkələrin səfirlərinə etiraz notası təqdim edib.

Xatırladaq ki, martın 5-də Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal və qızı Solsberi şəhərindəki ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu hadisədən sonra Böyük Britaniya və Rusiya arasında diplomatik qalmaqal başlayıb.

Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib. Cavab olaraq Rusiya 23 britaniyalı diplomatı ölkədən qovub. Ancaq məsələ bununla bitməyib. Belə ki, ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqına üzv 15 ölkə sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripalın zəhərlənməsi faktına görə Britaniyanın mövqeyini dəstəkləyərək rusiyalı diplomatların ölkədən çıxarılmasına qərar verib. Daha sonra NATO üzvü olan 25-dən çox ölkə “Skripal işi” ilə bağlı rusiyalı diplomatları deportasiya edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *