16 ölkə rusiyalı diplomatları ərazisindən qovur
Avropa İttifaqının 28 üzvündən 14-ü, bundan əlavə, ABŞ və Ukrayna rusiyalı diplomatların ölkələrindən qovulması barədə bəyanat veriblər. Bununla da, onlar “Skripal işi” ilə əlaqədar Böyük Britaniyanı dəstəklədiklərini bildiriblər.
Virtualaz.org Qərb mənbələrinə istinadən xəbər verir ki, eyni qərarı ABŞ və Ukrayna da verib.
“Artıq bu gün Aİ-nin 14 ölkəsi rusiyalı diplomatların ölkələrindən çıxarılması barədə qərar qəbul ediblər”, - bunu jurnalistlərə Donald Tusk deyib.
Almaniya XİN 4 rusiyalı diplomatın ölkədən qovulması barədə qərar verib. Polşa və Fransa da eyni sayda diplomatı deportasiya edəcəklər. Londona dəstək kampaniyasına Çexiya, İtaliya, Niderland və Baltikyanı ölkələr – Estoniya, Latviya və Litva qoşulublar.
Xatırladaq ki, ABŞ 60, Ukrayna isə 13 rusiyalı diplomatın ölkədən çıxarılması barədə bəyanat veriblər.
Mənbə:> Virtualaz.org