ABŞ rusiyalı diplomatları ölkədən qovur
ABŞ höküməti 35 rusiyalı diplomatı ölkədən çıxarır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, RF vətəndaşları Vaşinqton və San-Fransiskodan 72 saat ərzində çıxaralacaqlar.
Həmçinin qeyd olunur ki, ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə dair fərman imzalayıb.
Siyahıya Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Korobov və onun üç müavininin adı daxil edilib.
Mənbə:> Oxu.Az