Tramp rusiyalı diplomatları qovmaq istəyir
ABŞ prezidenti Donald Tramp rusiyalı diplomatları ölkədən qovmağa hazırdır. Virtualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, buna səbəb kimi “Skripal işi” göstərilir.
Mənbə bildirir ki, Tramp müşavirlərinin tövsiyələri ilə razılaşıb. Ehtimal edilir ki, diplomatların ölkədən çıxarılması barədə bazar ertəsi, martın 26-da elan olunacaq.
Məlumata əsasən, diplomatları deportasiya etməzdən əvvəl Tramp avropalı müttəfiqlərinin də eyni addımı atacağından əmin olmaq istəyir.
Mənbə:> Virtualaz.org