20 Avropa dövləti diplomatlarını Rusiyadan geri çağırmaq fikrindədir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

20 Avropa dövləti diplomatlarını Rusiyadan geri çağırmaq fikrindədir

20 Avropa dövləti diplomatlarını Rusiyadan geri çağırmaq fikrindədir

Avropanın 20 dövləti "Sripal işi"nə görə, rusiyalı diplomatları ölkəsindən göndərməyə hazırdır. "The Times" xəbər verir ki, Rusiyaya qarşı tədbirlər martın 26-da həyata keçiriləcək.

Qərb kampaniyası Avropa İttifaqının Moskvadakı səfirinin geri çağırılması ilə başlayacaq.

"İndiyədək misli görünməmiş və əlaqələndirilmiş şəkildə ölkə ərazisindən çıxarılma mərhələsi bazar ertəsindən Avropa İttifaqının Moskvadakı səfirinin 4 həftəlik geri çağırılması ilə başlanacaq", - deyə "The Times" yazıb.

Müvafiq qərar martın 22-də Aİ-nin Brüsseldə keçirilən sammitində qəbul olunub. Britaniyanın baş naziri Tereza Mey yenidən Rusiyanı Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın zəhərlənməsində günahlandırıb və preparatın adını açıqlayıb.

Litva, İrlandiya, Fransa və Almaniya Londondan nümunə götürərək rusiyalı diplomatları ölkədən göndərməyə razılıq veriblər.

Bununla yanaşı, rusiyalı diplomatları Çexiya, Niderland, Bolqarıstan, Danimarka, Estoniya, Latviya və digər Avropa ölkələri də çıxarmağa hazırdır.

ABŞ da bu variantı nəzərdə keçirir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *