Avropa ölkələri Rusiyaya qarşı çıxdı
Fransa və Almaniya rusiyalı diplomatları ölkədən çıxarırlar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters nəşri yazır.
Hər ölkə dörd diplomatı ölkədə çıxarır. Onlara bir həftə vaxt verilib.
Öz növbəsində Ukrayna prezidenti Pyotr Poroşenko Facebook səhifəsində 13 rusiyalı diplomatın ölkədən çıxarılması barədə yazıb.
Litva hökuməti də keçmiş kəşfiyyatçı Sergey Skripalın zəhərlənməsi iləm əlaqədar üç rusiyalı diplomatın ölkədən çıxarılmasını bəyan edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ 60 rusiyalı diplomata ölkəni tərk etmək üçün bir həftə vaxt verib.
Mənbə:> Oxu.Az