Rusiya diplomatlarını və kəşfiyyatçılarını qərbdən kütləvi qovmaga başladılar
ABŞ, Kanada və Aİ ölkələri ilə yanaşı, daha bir neçə dövlət Rusiyanın keçmiş casusu Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə əlaqədar rus doplomatlarını ərazisindən çıxarır.
Virtualaz.org Qərb mətbuatına istinadən xəbər verir ki, bu həftə ərzində ümumilikdə 106 rusiyalı diplomat iş yerini tərk etməlidir.
Bundan əlavə, daha 12 rus diplomatı BMT yanındakı nümayəndəlikdən qovulacaq. Avropa Şurasının sədri Donald Tuskun sözlərinə görə, "Skripal işi"nə görə, rus diplomatları ümumilikdə 14 ölkəni tərk edəcəklər. Tusk əlavə tədbirlərin görüləcəyini və digər qovulmaların da olacağını istisna etməyib.
ABŞ istisna olmaqla, Kanada rus diplomatlarını ərazisindən çıxaran Aİ üzvü olmayan yeganə ölkədir.
Qeyd edək ki, "Skripal işi" ilə əlaqədar rus diplomatlarını ərazilərindən çıxaran dövlətlər bunlardır: Böyük Britaniya (23 rus diplomatını qovub), ABŞ (48 diplomat və BMT missiyasının 12 əməkdaşını ərazisindən çıxarır), Ukrayna (13 diplomat), Fransa (4 diplomat), Polşa (4 diplomat), Kanada (səfirliyin və baş konsulluğun 4 əməkdaşı), Litva (3 diplomat, o cümlədən 2 hərbi attaşe), Danimarka (2 diplomat), İtaliya (2 diplomat), Hollandiya (2 diplomat), Almaniya (4 diplomat), Çexiya (3 diplomat), Estoniya (hərbi attaşe), Latviya (1 diplomat və "Aeroflot"un 1 əməkdaşı), Finlandiya (1 diplomat), Rumıniya (1 diplomat), Xorvatiya (1 diplomat).
Xatırladaq ki, ABŞ da "Skripal işi" ilə əlaqədar 60 rusiyalı kəşfiyyat zabitini ölkədən çıxarmaq və Rusiya Federasiyasının Sietldəki baş konsulluğunu bağlamaq barədə qərar qəbul edib.
Mənbə:> Virtualaz.org