Erməni diplomat: "Azərbaycan sabah hücuma keçə bilər" » AzNews.info -Xəbər portalı

Erməni diplomat: "Azərbaycan sabah hücuma keçə bilər"

Erməni diplomat: "Azərbaycan sabah hücuma keçə bilər"


Şuşanın işğal günündə Azərbaycan Ordusunun hücuma keçəcəyi barədə Ermənistanda olan mövcud panikaya erməni diplomat da qoşulub.

AzNews.info Musavat.com-a istinadla xəbər verir ki, diplomat Armen Navasardyan Dağlıq Qarabağdakı qondarma rejimin tanınmasının birmənalı olmayan nəticələrini xatırladıb, bununla bərabər, əlavə edib ki, hərbi əməliyyatların bərpası mümkünlüyü tanınma ilə əlaqələli deyi:

“Beynəlxalq güclərin reaksiyasını nəzərə alsaq, bu qənaətə gəlmək olar ki, Moskva tanınma prosesinə dəstək vermir, ABŞ susur, Türkiyə isə məsafə saxlayır. Azərbaycan hərbi əməliyyatlara başlaya bilər – o cümlədən də 8-9 mayda. Ancaq bu, Qarabağın tanınması ilə əlaqədar deyil” – erməni diplomat vurğulayıb.

Xatırladaq ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayondan erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə BMT-nin 4 qətnaməsi, o cümlədən AŞPA-nın işğalla bağlı mövqeyi var. Beynəlxalq qanunvericiliyə görə, Azərbaycanın işğal olunmuş ərazisindəki erməni ordusu qanunsuz silahlı birləşmələr sayılır və Azərbaycan bu qanunsuz silahlı birləşmələrə qarşı istənilən vaxt anti-terror əməliyyatı keçirmək hüququnu özündə saxlayır.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *