ABŞ-dan ermənilərə zərbə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

ABŞ-dan ermənilərə zərbə

ABŞ-dan ermənilərə zərbə


ABŞ işğal edilmiş Azərbaycan ərazisində - tanınmamış "Dağlıq Qarabağ Respublikası"nda mayın 3-də keçiriləcək qondarma parlament seçkilərinin nəticələrini tanımayacaq.

AzNews.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Cef Ratke deyib.

O, AzərTAc-a müsahibəsində bildirib ki, ABŞ Dağlıq Qarabağı müstəqil, suveren ölkə kimi tanımır və bununla əlaqədar olaraq mayın 3-də keçiriləcək «seçkilərin» nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir göstərən nəticələr kimi qəbul etməyəcək.

J.Rathke söyləyib: "ABŞ etiraf edir ki, münaqişənin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağın əhalisi öz gələcəyinin həllində rol oynayacaq və bu "seçkilər" Dağlıq Qarabağın qəti statusu məsələsini, yaxud münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün cari danışıqların nəticələrini heç bir halda irəlicədən müəyyən etmir."

Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ regionu 1992-1994-cü illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Müharibə zamanı Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bu ərazilərində oyuncaq rejim qurulub. ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar aparılır.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *