ATƏT-dən Bakıya Qarabağ dəstəyi
Biz Dağlıq Qarabağda mayın 3-də keçiriləcək seçkilərin nəticələrini tanımırıq.
ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında bildirilir. Həmsədrlər işğal rejiminin mayın 3-də təşkil etmək istədiyi “parlament seçkiləri”nin heç bir önəminin olmadığını vurğulayıblar.
“Üç ölkənin heç biri və başqa ölkələr də Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Uyğun olaraq biz bu seçkilərin nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir edən faktor saymırıq. Həmçinin qeyd edirik ki, onlar nə Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsinə, nə də uzun müddətli sülhün əldə edilməsi üçün aparılan danışıqların nəticələrinə təsir göstərə bilməz”, - deyə bəyanatda vurğulanır.
Mənbə:> ANSPRESS