Amerikalı diplomat Azərbaycan himnini oxudu
Amerikanın Azərbaycandakı səfirliyinin əməkdaşı Stevan Qvisin Azərbaycan himnini ifa edib və bu video sosial şəbəkələrdə getdikcə daha çox populyarlıq qazanır.
AzNews.info xəbər verir ki, video “Azadlıq” radiosunun Azərbaycan xidməti tərəfindən yayılıb və sayılı saatlar ərzində minlərlə baxış olub.
Qeyd edilir ki, diplomat himni Amerikanın Azərbaycandakı səfirliyində ABŞ-ın müstəqilliyinin 240 illiyinə həsr edilmiş rəsmi tədbirdə ifa edib.
Mənbə:> Azadlıq Radiosu