Türkiyəli diplomat Rusiyaya qaçdı
Türkiyənin Banqladeşdəki səfirliyinin dövlət çevrilişinə cəhdində iştirakda şübhəli bilinən əməkdaşı Rusiyaya qaçıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Daily Star” diplomatik mənbəyə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Rusiyaya qaçan diplomat da səfirliyin geri çağırılan 3 əməkdaşından biridir. Türkiyənin Banqladeşdəki səfirliyinin iki diplomatı, o cümlədən müvəqqəti işlər vəkili ABŞ-a qaçıb. Rusiyaya qaçan diplomat özü ilə birlikdə ailə üzvlərini də aparıb.
Banqladeşin Xarici İşlər Nazirliyindən bildirilib ki, Ankara onların diplomatik pasportlarını ləğv edib.
İyulun 16-na keçən gecə Türkiyədə qiyamçılar hərbi çevrilişə cəhd ediblər. Əsas hadisələr Ankara və İstanbulda baş verib.
Mənbə:> Oxu.Az