Türkiyədə hərbi çevrilişə cəhddən sonra həbs edilənlərin sayı açıqlandı
Türkiyədə baş vermiş hərbi çevrilişə cəhddən sonra 29 general, 2389 hərbçi və əsgər həbs edilib. Saxlanılanlar arasında prezident Ərdoğanın hərbi müşaviri də var.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat verib.
Həbs edilənlərdən 29 nəfər generaldı.
Qiyamçılardan 8 nəfər hərbi helikopterlə Yunanıstana qaçıb.
Eyni zamanda Ankara Baş Prokurorluğu 2745 nəfər hakim və prokurorun saxlanılması barədə sanksiya verib.
Həbs olunanlar arasında Konstitusiya Məhkəməsinin iki üzvü də var.
Hadisələr nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb. Bu gün Türkiyənin hər yerində həyatını itirənlərin dəfn mərasimləri keçirilib.
Mənbə:> APA