Hərbi qiyamı general Akın Öztürk planlayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

Hərbi qiyamı general Akın Öztürk planlayıb

Hərbi qiyamı general Akın Öztürk planlayıb


Hərbi qiyam cəhdi nəticəsində 161 nəfər həlak olub, 1400 nəfər yaralanıb, 2859 nəfər isə həbs edilib
Türkiyədə baş vermiş hərbi qiyam cəhdini keçmiş hava qüvvələri generalı Akın Öztürkün planladığı məlum olub. A.Öztürk 2013-cü ildə Hava Qüvvələri rəhbərliyinə gətirilmiş və 2015-ci ildə vəzifəsindən azad edilmişdi. Öztürkün bu ilin avqust ayında təqaüdə çıxacağı deyilirdi.

Generalın dünən gecə saat 22.00-da F-16ların havaya qaldırılması əmrini verməsi ilə düyməyə basdığı iddia edilir. Hərbi qiyam cəhdində ona kürəkəni hava pilotu Hakan Karakuşun da yardım etdiyi deyilir.

İddialara görə F-16-ların uzun müddət havada qalması üçün İncirlikdən "KC135R" tipli iki tanker təyyarə də havada olub.

Qeyd edək ki, hərbi qiyam cəhdi R.T.Ərdoğanın xalqı küçələrə çıxmağa çağırmasından sonra iflasa uğrayıb.

Hərbi qiyam cəhdi nəticəsində 161 nəfər həlak olub, 1400 nəfər yaralanıb, 2859 nəfər isə həbs edilib.

Baş nazir B.Yıldırımın "Bu bir demokratiya bayramıdır" deməsindən sonra yüzlərlə vətəndaş bir araya gələrək şənliklər təşkil ediblər.

Mənbə: Bizimyol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *