Türkiyədə hərbi helikopter qəzaya uğrayıb: Ölənlər var » AzNews.info -Xəbər portalı

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb: Ölənlər var

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb: Ölənlər var


Türkiyənin Giresun əyalətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “S70” tipli helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.

Bu barədə Oxu.Az “İhlas” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, helikopterin göyərtəsində 15 nəfər - jandarma qüvvələrinin yüksək rütbəli zabitləri, onların həyat yoldaşları və üç uşaq olub. Helikopterdə həmçinin əyalət jandarma rəisi, general Mustafa Doğru da olub.

Ölənlərin ikisi zabit, ikisi onların həyat yoldaşı, ikisi isə uşaqdır.

Qəzaya qeyri-sabit hava şəraitin səbəb olduğu ehtimal edilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *