Türkiyədə əməliyyat: 25 nəfər saxlandı
Türkiyədə Ankara Şəhər Prokurorluğu qanunsuz dinləmələrlə əlaqədar 16 vilayətdə əməliyyat keçirib.
ANS PRESS-in məlumatına görə, əməliyyat Ankara Şəhər Prokuroru Alparslan Karabayın göstərişi ilə, 2007-2011 illərə aid qanunsuz dinləmə iddiaları ilə əlaqədar Ankara, Şanlıurfa, Van, Qars, İğdır, Ərzurum da daxil olmaqla,16 vilayətdə eyni vaxtda həyata keçirilib.
Əməliyyat nəticəsində haqqında həbs qərarı olan 34 nəfərdən 25-i nəzarət altına alınıb. Haqqında həbs qəti-imkan tədbiri görülən şəxslərdən 20-nin polis əməkdaşı olduğu bildirilir.
Mənbə:> ANSPRESS