Ukrayna: "Türkiyə ilə Rusiyaya qarşı birləşməliyik"
Rəsmi Ankara ilə Kiyev arasında hərbi əməkdaşlıq Qara dənizdə təhlükəsizliyin qarantıdır.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər naziri Pavel Klimkin deyib.
O bildirib ki, iki ölkənin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq etməsi mümkündür:
“Türkiyə ilə birgə Rusiyaya təzyiq etməliyik. Qlobal əhəmiyyətə malik ölkələrin güclərini birləşdirməsi olduqca önəmlidir. Türkiyənin öz torpaqlarını qorumaq haqqı var. Rusiya qırıcıları dəfələrlə Türkiyənin hava sərhədlərini pozub. Su-24 təyyarəsinin vurulması ilə bağlı tam olaraq rəsmi Ankaranı dəstəkləyirəm”.
Mənbə:> Axar.az