ABŞ və NATO Türkiyənin öz suverenliyini müdafiə hüququnu dəstəkləyir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

ABŞ və NATO Türkiyənin öz suverenliyini müdafiə hüququnu dəstəkləyir

ABŞ və NATO Türkiyənin öz suverenliyini müdafiə hüququnu dəstəkləyir


Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı baş tutub. ANS PRESS-in məlumatına görə, prezidentlər danışıq zamanı Rusiyaya aid “SU-24” hərbi təyyarəsinin Türkiyə - Suriya sərhəddində vurulması məsələsini müzakirə ediblər.

Türkiyənin prezident administrasiyasından verilən bəyanata görə, danışıq vaxtı Barak Obama Türkiyənin milli suverenliyini müdafiə haqqına sahib olduğunu, ABŞ-ın və NATO-nun bu hüququ dəstəklədiyini bildirib.

Bundan başqa Ərdoğan və Obama oxşar hadisələrin bir daha baş verməməsinin təminat altına alınması üçün bəzi islahatların həyata keçirilməsi, gərginliyin azaldılmasının əhəmiyyəti barədə həmfikir olduqlarını vurğulayıblar.

Hər iki lider Suriyada siyasi keçid prosesini təmin etmək üçün İŞİD-ə qarşı ortaq mübarizəni davam etdirməkdə qərarlı olduqlarını açıqlayıblar.

Ötən gün Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiya hərbi aviasiyasına aid “SU-24” qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *