Obama: Türkiyə ABŞ-ın etibarlı müttəfiqidir
Türkiyə ABŞ-ın etibarlı müttəfiqidir.
Oxu.Az-ın məlumatına görə, bu sözləri ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşdən sonra təşkiledilən mətbuat konfransında deyib.
Obama həmçinin qeyd edib ki, görüş zamanı Türkiyə-Suriya sərhədində İŞİD-ə qarşı mübarizə ilə bağlı müzakirə aparılıb. Ağ ev başçısı həmçinin bildirib ki, Parisdə törədilən terror aktları sammitin əsas mövzularından biridir.
“Fransa və Türkiyədəki terror hücumları dinc sakinlərə qarşı yönəlib. Bu bütün bəşəriyyətə hücumdur”, - Obama deyib.
Mənbə:> Oxu.Az