Obama Putinlə görüşməyi planlaşdırmır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Obama Putinlə görüşməyi planlaşdırmır – FOTO

Obama Putinlə görüşməyi planlaşdırmır


“G-20” sammiti çərçivəsində Türkiyəyə səfər etməyi planlaşdıran ABŞ prezidenti Barak Obamanın proqramında Rusiya prezidenti Vladimir Putinlə görüş nəzərdə tutulmayıb. ANS PRESS-in məlumatına görə, bu barədə gündəlik mətbuat brifinqində Ağ evin sözçüsü Coş Ernest məlumat verib.

Obama Putinlə görüşməyi planlaşdırmır

Türkiyə prezidenti Ərdoğan və ABŞ prezidenti Obama

Brifinqdə Ernestlə yanaşı Ağ evin milli təhlükəsizlik üzrə müşaviri Suzan Rays və onun köməkçisi Ben Rods da iştirak edib. Tədbirdə Barak Obamanın Türkiyə səfəri barədə açıqlama verilib. Bildirilib ki, "G-20" sammiti zamanı Barak Obama ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş olacaq.

Obama Putinlə görüşməyi planlaşdırmır

ABŞ prezidenti Obama və Rusiya prezidenti Putin

Juranilstlərdən birinin, Barak Obama Rusiya prezidenti Validimir Putinlə də görüşəcəkmi? sualına Syuzan Rays cavab verib. Ağ evin təhlükəsizlik üzrə müşaviri "G-20" sammiti zamanı Obama ilə Putinin görüşünün planlaşdırılmadığını, rəsmi görüşün olmayacağını bildirib.

Rays həmçinin iki ölkə başçısının tədbir zamanı ayaqüstü, qeyri-rəsmi formada görüşə biləcəklərini də istisna etməyib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *