"CNN" Obamanın ata yurdunda – VİDEO
ABŞ prezidenti Barak Obama Afrikaya işguzar səfəri zamanı qohumlarını yad edəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə ölkə başçısının milli təhlükəsizlik üzrə sözcüsü Syuzan Rays mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə prezidentin ata evinə getmək fikri yoxdur. O yaxınları ilə görüşü rəsmi tədbirlərin birində həyata keçirmək fikrindədir.
Bundan əvvəl xəbər verilmişdi ki, Obama ilk dəfə olaraq prezident kimi ata yurdu olan Keniyaya səfər edəcək. Prezidentin Afrikada iqtisadi inkişafa dəstək biznes forumunda iştirak edəcək. Amerika administrasiyası artıq Obamanın Keniyaya səfərini ABŞ prezidenti Con Kenedinin 1963-cü ildə İrlandiyaya olan tarixi səfəri ilə nüqayisə etməyə macal tapa bilib.
Qeyd edək ki, bundan əvvəl Obama ailəsi ilə görüşmək planı baş tutmamışdı. Lakin onun Afrikalı qohumları bir neçə dəfə ABŞ prezidentini qonaq çağırıb.
Bu arada "CNN" kanalı ABŞ prezidenti Barak Obamanın vətənindən reportaj hazırlayıb. Reportajı sizə təqdim edirik.
Mənbə:> ANSPRESS