Obama Səudiyyə Ərəbistanına gedir
ABŞ prezidenti Barak Obama Tac Mahala səfərini təxirə salıb. ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti yanvarın 25-də Hindistanın paytaxtı Dehliyə səfər edəcək. Onun səfəri yanvarın 29-na kimi davam edəcək.
O, Hindistanın prezidenti Pranabom Mukerdji, baş nazir Narendra Modi, biznesmenlər və başqa siyasətçilərlə görüşəcək.
Bundan sonra o Aqra şəhərinə getməli idi. Prezidentin Tac Mahalı da ziyarət edəcəyi planlaşdırılmışdı. Lakin səfərin bu hissəsi təxirə salınıb.
Aqra şəhərinin rəsmisi onların Obamanın səfərinin təxirə salınması barədə bu gün səhər məlumatlandırıldıqlarını deyib.
Bunun əvəzində isə Obama ötən gün kralı vəfat edən Səudiyyə Ərəbistanına gedəcək.
Qeyd edək ki, 91 yaşlı kral Abdullahın yerinə onun 79 yaşlı qardaşı Salman ibn Abdul Əziz Əl Səid təyin edilib. Kralın dəfnində müsəlman ölkələrinin rəhbərləri iştirak ediblər. Daha öncə ABŞ-ın vitse prezidenti Co Baydenin ölkəsinin adından Səudiyyə ərəbistanına səfər edəcəyi qeyd edilirdi.
Mənbə:> ANSPRESS