Kral vəhabi kimi dəfn olundu – FOTO
Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləzizin dəfn mərasimində iştirak etmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərini yarımçıq qoyaraq ər-Riyada gedib.
ANS PRESS-in məlumatına görə, Ərəbistan kralı vəhabi qaydaları ilə dəfn olunub. Belə ki, kral şahzadələrin kürəyində tabutsuz daşınıb və adsız bir məzara basdırılıb. Vəhabi ənənəsinə uyğun olaraq Səudiyyə Ərəbistanında rəsmi yas elan edilməyib. Səudiyyə bayrağı yarıya endirilməyib.
Misir prezidenti Abdulfəttah Əs-Sisi pis hava səbəbindən kralın dəfn mərasimində iştirak edə bilməyib.
Səudiyyə Ərəbistanı kralının vəfatı ilə əlaqədar İordaniyada 40 gün yas elan edilib. İordaniya Kralının Divanından verilən açıqlamada bildirilir ki, kral II Abdullahın əmri ilə ölkədə 40 gün yas elan olunacaq.
Mənbə:> ANSPRESS