Obama Ərdoğanla eyni açılışda
ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla eyni asçılışda iştirak edəcək.
ANS PRESS-in məlumatına görə, bu sözləri ABŞ-da rəsmi səfərdə olan Türkiyəninj xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib.
Türkiyənin baş diplomatı Merilend əyalətində tikilən “Türk – Amerika mədəniyyət” mərkəzinin açılışında hər iki ölkə prezidentinin birlikdə iştirak edəcəyini deyib.
Çavuşoğlu, tərəflərin telefon danışığı zamanı Obamanın bu açılışda iştirak etməyə razılıq verdiyi bildirib.
Mərkəzin əhəmiyyətindən danışan Mövlüd Çavuşoğlu son illər müsəlmanların xüsusilə islamaf ucbatından çox çətinliklərlə üzləşdiyini deyib:
“Bizim əsas vəzifəmiz sülh dini olan İslamı təbliğ etməkdir. İslam terrorçuluğu xoş qarşılamaz. Amma təəssüf ki, “Əl Qaidə” və “İŞİD” kimi terror təşkilatları dünyadakı bütün müsəlmanların imicinə ziyan vurur. Bir şeyi xüsusi vurğulayırıq ki, İŞİD nə İslamdır, nə də dövlət. Hamımızın vəzifəsi bunu amerikalılara və rəsmilərə başa salmaqdır”.
Mənbə:> ANSPRESS