Çavuşoğlu ölkəmizə gəlir
Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycana səfər edəcək.
ANS PRESS-in məlumatına görə, Mevlüt Çavuşoğlu Azərbaycana rəsmi bir ziyarət reallaşdıracaq.
Türkiyə XİN-dən bildirilib ki, nazir Çavuşoğlu Türkiyə ilə Azərbaycan arasında mütəmadi olaraq həyata keçirilən yüksək səviyyəli səfərlər çərçivəsində, 25-26 fevral 2015-ci il tarixlərində Azərbaycanda rəsmi təmaslarda olacaq.
Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun səfəri zamanı keçiriləcək görüşlərdə, Türkiyə-Azərbaycan əlaqələrinin gündəmində yer alan mövzular və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.
Bununla yanaşı, regional və beynəlxalq məsələlər də əhatəli şəkildə gözdən keçiriləcək.
Mənbə:> ANSPRESS