Hazırda İrəvan cəzasını çəkir
"Dağlıq Qarabağ Cənubi Qafqazda sülh və sabitlik yolunda dayanan ən böyük problemdir".
ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ADA Universitetində "Türkiyənin xarici siyasəti: Qafqazda və Azərbaycanla əməkdaşlıq" mövzusunda mühazirə ilə çıxış edərkən deyib.
Regionda sülh, əmin-amanlıq, sabitliyin olmasının vacibliyini qeyd edən Çavuşoğlu bildirdi ki, Ermənistan qonşu ölkələrinin ərazi bütövlüyünü dəstəkləməlidir.
“Ermənistan Qarabağın işğalından nə əldə etdi? Ermənistan yalnız itirdi. Məhz Qarabağ münaqişəsi səbəbindən Ermənistan Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi imzalaya bilmədi. İrəvan hazırda da bu problemə görə cəzasını çəkir. Fevralın 26-da 613 nəfərin öldürüldüyü Xocalı faicəsinin 23-cü ildönümüdür. Biz şəhidləri xatırlayırıq, onları unutmayacağıq və unutmağa imkan verməyəcəyik. Biz münaqişənin tez bir zamanda nizamlanmasını istəyirik”, deyə nazir bildirib.
Mənbə:> ANSPRESS