Əsəd kimyəvi silah tətbiq edib: yüzlərlə ölü
Bəşər Əsəd qoşunlarının Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 100-dən çox insan ölüb.
Anadolu xəbər verir ki, həmçinin minlərlə yaralı var. Zəhərli qazla əlaqədar ölənlərin sayının artacağı istisna edilmir.
Dumada atışmalar aprelin 6-da başlayıb. Əsəd tərəfdarları martın 19-dan Dumada kimyəvi silah tətbiq etməyə başlayıb.
Qeyd edək ki, Duma şəhəri Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir.
Mənbə:> Anadolu