İŞİD-in kimyəvi silah üzrə aparıcı mütəxəssisi yaxalandı
ABŞ xüsusi təyinatlıları İŞİD terror qruplaşmasını kimyəvi silah hazırlanması üzrə aparıcı mütəxəssisini ələ keçirib.
Oxu.Az Associated Press-ə istinadən xəbər verir ki, Süleyman Daud əl-Əfri ötən ay İraqın şimalında keçirilən əməliyyat zamanı yaxalanıb.
Məlumata əsasən, vaxtilə Səddam Hüseynə işləyən əl-Əfri İŞİD üçün kimyəvi və bioloji silahın hazırlanması üzərində işləyib.
Mənbə:> Oxu.Az