Amerika xüsusi təyinatlıları Suriyaya girib İŞİD liderini öldürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Amerika xüsusi təyinatlıları Suriyaya girib İŞİD liderini öldürdü

Amerika xüsusi təyinatlıları Suriyaya girib İŞİD liderini öldürdü



Virtualaz.org saytı xəbər verir ki, bu barədə müdafiə naziri Eşton Karter keçirdiyi xüsusi mətbuat konfransında bildirib. Əməliyyat zamanı xüsusi təyinatlılardan heç kim xəsarət almayıb.

Pentaqon rəhbəri bildirib ki, öldürülən İŞİD lideri Əbu Səyyaf qruplaşmanın maliyyə resurslarını kurasiya edib, terror qruplaşmasının nəzarətində olan ərazilərdən çıxarılan neftin satışına cavabdeh olub. Bu, ABŞ xüsusi təyinatlılarının 3 ildən çoxdur müharibənin getdiyi Suriyada həyata keçirdiyi ilk quru əməliyyatıdır.

Eşton Karter bildirib ki, Əbu Səyyaf ötən gecə keçirilən xüsusi əməliyyatda məhv edilib. Əməliyyat prezident Barak Obamanın sanksiyası ilə həyata keçirilib. Xüsusi təyinatlılar Əbu Səyyafın arvadı Umm Səyyafı sağ ələ keçiriblər və İraqa aparıblar. Onun da İŞİD iyerarxiyasında mühüm rola malik olduğu bildirilir.

ABŞ hakimiyyətinin adı açıqlanmayan rəsmisi isə bildirib ki, xüsusi əməliyyat zamanı daha 10 İŞİD terrorçusu məhv edilib. Suriya televiziyası isə bildirir ki, “İslam dövləti”nin “neft naziri” Əsəd qüvvələrinin Deyr əz-Zor bölgəsində keçirdiyi əməliyyatda öldürülüb. Lakin öldürülən terrorçunun adı Əbu ət-Taim əs-Səudi kimi göstərilir.

Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının rəsmisi Bernardet Mihan bildirib ki, xüsusi əməliyyat Suriyanın şərqində, əl-Əmr bölgəsində keçirilib. Əməliyyat barədə Suriya rejiminə məlumat verilməyib. Mihan əməliyyat zamanı terrorçuların qul kimi saxladıqları yezidi kürd qızını xilas etdiklərini də açıqlayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 19 avqust 2015 16:41
  • Yazan: Marlon
Ebzey,urıs poyızdınnan toşep kalıp kem arbasına utırıp rehet yaşerge uylıysın?Kemge kirek bez?Elle kavkaz halıkları sine tatar buglan oe7en gene kuterep alırlar dip yalgışasınmı?Urıs belen kupme gomer yaneşe yaşep buldı ele,alar bezne kabıp yota almadı,e başka halıklar bezne nişletese bilgesez ele.Rehetke e7ıdıy almaganbız iken dip eyterge yazmasın.Urıs kısa,urıs kısa dip ,irek dawlap yorue7elerne anlamıym.VA:F [1.9.20_1166]Be4ya: 0 (4 tavıştan)

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *