İstanbulda şok əməliyyat
Türkiyənin İstanbul şəhərində DHKP-C terror təşkilatına qarşı əməliyyat keçirilib.
ANS PRESS-in məlumatına görə, ötən gün İstanbul polis idarəsinə qarşı həyata keçirilən, bir terrorçunun ölümü və 2 polisin yaralanması ilə nəticələnən hücumdan sonra terrorla mübarizə şöbəsi və xüsusi təyinatlı polislər terrorçuların olduğundan şübhələnilən bir çox evdə əməliyyat keçiriblər.
Gecə vaxtı həyata keçirilən əməliyyatlar zamanı DHKP-C ilə əlaqəsi olduğu güman olunan bir çox şübhəli polis tərəfindən saxlanılıb.
Yerli mətbuat polis rəsmilərinin ətraflı məlumat vermədiyi əməliyyatların hazırda da davam etdiyini bildirir.
Mənbə:> ANSPRESS