Prokuroru öldürən terrorçunun atasını döydülər » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Prokuroru öldürən terrorçunun atasını döydülər

Prokuroru öldürən terrorçunun atasını döydülər


Türkiyədə prokuror Mehmet Selim Kirazı öldürən terrorçu Şafak Yaylanın atası Şinasi Yayla sərxoş olduğu üçün təyyarəyə buraxılmayıb.

ANS PRESS-in məlumatına görə, hadisə Şinasi Yayla oğlunun cəsədini təhvil götürmək üçün İstanbula getmək istəyərkən Trabzon hava limanında baş verib.

Bundan sonra ata yaşadığı Giresun şəhərinə qayıtmaq üçün vağzala gedib. Amma sərxoş olduğu üçün burda da sürücülər onu avtobusa buraxmaq istəməyiblər.

Bu vaxt mübahisə edərək, “Siz bilirsiniz mən kiməm? Prokuroru öldürən Şafak Yaylanın atasıyam” – deyən şəxsi sürücülər tökülüşərək möhkəm döyüblər.

Şinasi Yaylanı sürücülərin əlindən alan polis əməkdaşları onu xəstəxanaya çatdırıblar. Həkimlərin göstərdiyi ilk tibbi müdaxilədən sonra terrorçunun atası Giresuna göndərilib.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində “Gəzi parkı” aksiyalarından polis tərəfindən öldürülən Berkin Elvanın işini aparan prokuror Mehmet Kiraz DHKP-C terrorçuları tərəfindən girov götürülmüşdü. Keçirilən əməliyyat zamanı 2 terrorçu məhv edilib, ağır yaralı vəziyətdə xəstəxanaya çatdırılan prokurorun isə həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *