Qardaşları öldürən tutuldu
Bakıda baş vermiş silahlı insidentin bəzi təfərrüatları məlum olub.
Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
İki qardaşı güllələyən Zaur Əkbər oğlu Tərlanov saxlanılıb. Hazırda o, polis tərəfindən dindirilir.
Güllələnərək öldürülən 1985-ci il təvəllüdlü Cavid Rəhimov və 1980-ci il təvəllüdlü Cahit Rəhimov qardaşdırlar.
Qeyd edək ki, bu gün axşam saatlarında Sahil qəsəbəsində silahlı insident qeydə alınmışdı. Avtomobildə iki qardaş güllələnmişdi. Onların hər ikisi yerindəcə ölmüşdü.
Mənbə:> ANSPRESS