Bakıda iki qardaşı avtomobildə güllələdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda iki qardaşı avtomobildə güllələdilər

Bakıda iki qardaşı avtomobildə güllələdilər

Bakıda güllələnən qardaşların adları məlum olub.

AZXEBER.COM xəbər verir ki, hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, öldürülən qardaşlardan birinin adı Cahid, digərinin adı isə Caviddir. Onlar Sahil qəsəbəsinin sakinləridir.
Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, güllələnən qardaşlar 90 RC 008 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı maşında olublar. Onların olduğu avtomobilə naməlum maşından düşən şəxs atəş açıb. Nəticədə hər iki qardaş yerindəcə ölüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmaları davam etdirir.

18:43

Bakıda silahlı insident baş verib.

AZXEBER.COM xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 18.00 radələrində Sahil qəsəbəsində qeydə alınıb.

Naməlum şəxslər avtomobildə iki qardaşı güllələyiblər.

Onların hər ikisi yerindəcə ölüb.

Bildirilir ki, güllələnən qardaşlar “Toyota Land Cruiser” markalı maşında olublar.

Onların olduğu avtomobilə naməlum maşından düşən şəxs atəş açıb.

Polisdən həmçinin bildirilib ki, istintaq sirri olduğu üçün ölən qardaşların adı hələlik açıqlanmır.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.

Araşdırma aparılır.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *