ABŞ xüsusi təyinatlıları İŞİD-in başçısı əş-Şişanini tutdular
Amerika xüsusi təyinatlıları İraq əyaləti Kərkükdə İŞİD-in başçılarından biri olan Əbu Ömər əş-Şişanini diri tutublar, EİN xəbər agentliyi məlumat yayıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə əsasən, xüsusi təyinatlılar, həmçinin xüsusi əməliyyat nəticəsində İŞİD-in iki sahə komandirini tutub və yeddi döyüşçünü məhv ediblər.
Üç ekstremist İraqın şimal-şərqindəki Süleymaniyə şəhərinə çatdırılıb.
KİV-də dəfələrlə əş-Şişaninin məhv edilməsi barədə informasiya yayılıb ki, bu, hər dəfə də təkzib olunub.
Məsələn, 2014-cü ilin 13 noyabrında Çeçenistanın başçısı Ramzan Kadırov öz İnstagram səhifəsində terroristin öldürülməsi barədə məlumat vermişdi. Dörd gündən sonra isə Pankiss dərəsinin başçıları (əş-Şişani bu yerlərdə doğulub) bu informasiyanı təkzib etmişdilər.
Mənbə:> Oxu.Az