ABŞ-ın xüsusi təyinatlıları İŞİD-ə müharibə elan etdi
ABŞ prezidenti Barak Obama ABŞ-ın xüsusi təyinatlılarının Suriya ərazisində İŞİD yaraqlılarına qarşı quru əməliyyatlarını dəstəkləməyə başladıqlarını bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Obama İŞİD əleyhinə koalisiyanın havadan dəstəyini, həmçinin yerli qüvvələrin, Suriya kürdlərinin, ərəb, xristian, türkmənlərin dəstəyini artıracağını və bu qüvvələrin uğurla fəaliyyət göstərdiyini bildirib.
O həmçinin əlavə edib ki, ABŞ-ın xüsusi təyinatlı dəstələri Suriyada quru əməliyyatlarını dəstəkləməyə başlayıblar.
Daha öncə ABŞ prezidenti Suriyaya 50 xüsusi təyinatlı göndərmişdi, daha sonra ABŞ Müdafiə Nazirliyi onların sayının artacağını bəyan etmişdi.
“Suriyada irəliləmək əmrini verdiyim xüsusi təyinatlı qüvvələr təchizat xəttinin qarşısını alır və Ər-Rakkaya (İŞİD-in “paytaxtı”-red.) təzyiqi artırırlar”, - Obama deyib.
Amerika xüsusi təyinatlılarının məhz hansı qüvvələri dəstəkləyəcəyini və onların Suriya ordusu ilə müntəzəm əməkdaşlığının mümkünlüyünü Pentaqonda şərh etməkdən imtina ediblər.
Mənbə:> Oxu.Az