Əsəd: “İŞİD-ə maliyyə dəstəyini artırırlar”
Düşmən dövlətlər İŞİD-ə maliyyə dəstəyini artırır, onları silah-sursatla təmin edirlər.
Axar.az CBS-ə istinadən xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə İŞİD-i müzakirə edərkən deyib.
Prezidentin sözlərinə görə, İran və Rusiyanın hərbi dəstəyi nəticəsində Suriya İŞİD-ə qarşı müqavimət göstərə bilir.
İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti də öz növbəsində İranın Suriyaya sonudək dəstək olacağını və əlindən gələn yardımı göstərəcəyini açıqlayıb.
Mənbə:> Axar.az